Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsi ətrafında aparılan “xalq diplomatiyası”... – Azərbaycana xeyri var?    

Azərbaycanın “xalq diplomatiyasından” hansı xeyirləri var və ümumiyyətlə varmı?..

Politoloq: “Bu cür səfərlər ya mövcud status-kvonu Azərbaycan xalqına qəbul etdirmək məqsədi daşıyır, ki, bu da ATƏT Minsk qrupu həmsədrlərinin bu ilin yanvarında Parisdə iki ölkənin XİN başçıları ilə də razılaşdıqları xalqları sülhə hazırlama planına daha çox uyğun gəlir”.

“Əgər iki ölkə başçısı arasında danışqlar Ermənistan baş nazirinin destruktiv bəyanatları ucbatından pozulubsa, bir neçə jurnalistin, yaxud deputatların qarşılıqlı səfərləri nəyi yaxşıya doğru dəyişə bilər?!”.

Bu sözləri politoloq Nəzakət Məmmədova jurnalistlərin qarşılıqlı səfərindən sonra indi də Ermənistana və Azərbaycana deputatların nəzərdə tutulan qarşılıqlı səfərlərini və bu səfərlərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Jurnalistlərin ardınca ErmənistanAzərbaycan deputatlarının qarşılıqlı səfəri gözlənilir. Bu haqda Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazıb. “Barışıq prosesi çərçivəsində ikinci mərhələdə deputatların qarşılıqlı səfərləri məsələsi müzakirə olunur. Artıq belə səfərlərin təşkil olunması üçün ilkin müzakirələr aparılıb”, deyə qəzet vurğulayıb.

Xatırladaq ki, noyabrın 17-dən 21-nədək üç erməni və üç azərbaycanlı jurnalistin qarşılıqlı səfərləri olub. Azərbaycanlı jurnalistlər İrəvanda, Dilicanda və işğal altındakı Dağlıq Qarabağda olublar. Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.

Göründüyü kimi ATƏT israrla Qarabağ münaqişəsi çərçivəsində “xalq diplomatiyasını” yenidən önə çıxarıb. Məlumdur ki, bu səfərlərdən və “xalq diplomatiyasından” Ermənistan daha çox yararlanır və işğal faktını ört-basdır edir. Bəs Azərbaycanın “xalq diplomatiyasından” hansı xeyirləri var və ümumiyyətlə varmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Danışıqlar prosesində irəliləyişə nail ola bilməyən Minsk qrupu bu cür kiçik, əhəmiyyətsiz tədbirlərlə baş qatmağa çalışır”.

İlin sonunda hesabatda müsbət hansısa irəliləyişin olduğunu göstərmək üçün Kasprşik və Minsk qrupu belə səfərlər fikirləşdiyini vurğulayan politoloq PİA.az-a açəqlamasında əlavə edib ki, həmin şəxslərin gizli getməsi, XİN-in əvvəlcə bunu təkzib etməsi, sonradan etiraf etməsi çox absurddur:

“Bu səfərdən əvvəlki səfərlər danışıqlar prosesinə, münaqişə bölgəsində sülhün bərqərar olmasına heç bir töhfə vermədiyi üçün bu səfərin də bizim üçün hər hansı müsbət nəticə verəcəyi inandırıcı görünmür. Əgər iki ölkə başçısı arasında danışqlar Ermənistan baş nazirinin destruktiv bəyanatları ucbatından pozulubsa, bir neçə jurnalistin, yaxud deputatların qarşılıqlı səfərləri nəyi yaxşıya doğru dəyişə bilər?!

Bu cür səfərlər ya mövcud status-kvonu Azərbaycan xalqına qəbul etdirmək məqsədi daşıyır, ki, bu da ATƏT Minsk qrupu həmsədrlərinin bu ilin yanvarında Parisdə iki ölkənin XİN başçıları ilə də razılaşdıqları xalqları sülhə hazırlama planına daha çox uyğun gəlir. Məlumata görə, bu, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub. Təbii ki, danışıqlar prosesində irəliləyişə nail ola bilməyən Minsk qrupu bu cür kiçik, əhəmiyyətsiz tədbirlərlə baş qatmağa çalışır. Bu il ümumiyyətlə, Paşinyanın pozuculuq fəaliyyəti ucbatından danışıqlar prosesi iflasa uğradı.

Nəzakət Məmmədova: “Xalq, cəmiyyət bu cür səfərləri qəbul etmir, ona etiraz edir, onu pisləyir”.

Görünür, ilin sonunda hesabatda müsbət hansısa irəliləyişin olduğunu göstərmək üçün Kasprşik və Minsk qrupu belə səfərlər fikirləşib. Həmin şəxslərin gizli getməsi, XİN-in əvvəlcə bunu təkzib etməsi, sonradan etiraf etməsi çox absurddur. Xalqın adından danışmaq hüququ yalnız prezidentə məxsusdur. Həmin şəxslərin Azərbaycan xalqı, cəmiyyəti adından bu addımı atması yolverilməzdir. Əgər səfər rəsmi kanallarla baş tutubsa, xalqa niyə əvvəlcədən bu barədə hesabat verilmirdi?!

Eyni zamanda, xalq, cəmiyyət bu cür səfərləri qəbul etmir, ona etiraz edir, onu pisləyir. Belə olan bir şəraitdə xalqın adından heç kimsənin nə danışmağa, onun iradəsinə əks hərəkət etməyə heç bir mənəvi, hüquqi haqqı yoxdur. Bu cür səfərlər hər halda, münaqişəsinin həlli istiqamətində çətin ki, nəyisə dəyişə bilsin”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar